Qara dəniz taxıl təşəbbüsü ilə bağlı İstanbulda keçirilən danışıqlar başa çatıb, müzakirələr onlayn formatda davam edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov "Twitter"də bildirib.

"İstanbulda Qara dəniz taxıl təşəbbüsü ilə bağlı iki günlük danışıqlar başa çatdı. BMT və Türkiyə danışıqların onlayn formatda keçirilməsini təklif etdi. Ukrayna nümayəndə heyəti təşəbbüsün uzadılmasını tələb edir, heç bir gecikmə olmadan gəmilərin qeydiyyatını və yoxlamalarını bərpa etməyin vacibliyini vurğulayır", - Kubrakov qeyd edib.