Ötən mövsümü "Lester Siti"də keçirən Yunus Akgün "Qalatasaray"a qayıdıb. Sarı-qırmızılıların çalışdırıcısı Yunus Akgünün gələcəyi ilə bağlı qərarını verib.

İqtisadiyyat.az xəbər verir ki, yeni mövsüm üçün planlarını davam etdirən "Qalatasaray"da icarəyə götürülən futbolçular komandaya qayıdıb. Taleyi maraq doğuran futbolçulardan Yunus Akgünün komandada gələcək taleyinə aydınlıq gəlir.

Mövsümü icarə əsasında "Lester Siti"də keçirən Yunus Akgün İngiltərə komandası ilə Çempionşipdə qalib olub.

Baş məşqçi Okan Buruk Yunus Akgünün heyətdə saxlanmasını istəyib.