UEFA-nın sabiq prezidenti, Fransa millisinin heyətində Avropa çempionu olmuş Mişel Platini futbol üzrə Olimpiya turniri haqda danışıb.

İqtisadiyyat.az xəbər verir ki, Platini futbolun olimpiya idman növü olmadığını bildirib.

“Fransa Olimpiya yığması ilə maraqlanmıram. Futbol olimpiya idman növü deyil. Olimpiya oyunlarında futbol turnirinin keçirilməsi ilə bağlı son 20 ildə aparılan müzakirələrin nüanslarını bilirəm.

Futbol olimpiya proqramına daxildir, çünki azarkeşləri stadiona gətirir. FIFA heç vaxt Oyunlarda ən yaxşı futbolçuların iştirakını istəməyib. İkinci, üçüncü, dördüncü komandaları olan millilərin hüququ var, amma bununla heç kim maraqlanmır.

Klublar bir ay Avropa çempionatında iştirak edən, sonra isə bir ay Olimpiya Oyunlarında iştirak edən futbolçulara maaş verə bilmir. Bu mümkün deyil. Futbol dünyasında Olimpiya Oyunları vacib yarış deyil”.

Paris Olimpiya Oyunlarının futbol turniri iyulun 24-də Argentina - Mərakeş, Özbəkistan - İspaniya matçları ilə başlayacaq.