Xarici şirkətlərin öz qərarı ilə ölkəni tərk etdiyini və heç kimin onları işdən çıxarmadığını bildirən Rusiya prezidenti Vladimir Putin, Rusiya bazarından çəkilən şirkətləri “kapitalla mükafatlandırmayacaqlarını” bildirib.

İqtisadiyyat.az xəbər verir ki, biznes nümayəndələri və ekspertlərin dövlət rəsmiləri ilə bir araya gəldiyi "Delovaya Rossiya" forumunda açıqlama verən Putin xarici şirkətlərlə bağlı "Onlar getməyə başladılar, biz onları işdən çıxarmadıq. Biz onları tərk etdiklərinə görə çox kapitalla mükafatlandırmaq fikrində deyilik", -  deyə Putin əlavə edib.

Sürətlə inkişaf edən bazarların Ukraynadakı hadisələrlə deyil, qlobal iqtisadiyyatdakı dəyişikliklərlə, yeni qlobal liderlərin meydana çıxması ilə bağlı obyektiv vəziyyətlərlə əlaqəli olduğunu izah edən Putin bunun onilliklərdir davam edən bir proses olduğunu vurğulayıb.