"Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı axşam saatlarında Çeçenistana səfər edib. Qroznı hava limanında Prezidenti respublika başçısı Ramzan Kadırov qarşılayıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kadırovun "Telegram" kanalında bildirilib.

Qeyd edilib ki, bundan əvvəl dövlət başçısı Şimali Qafqazın daha iki regionuna - Kabardin-Balkar və Şimali Osetiyaya səfər edib.

Putin sonuncu dəfə Çeçenistana dövlət başçısı kimi ikinci prezidentlik dövründə - 2005-ci ildə gəlmişdi. Sonra ölkə rəhbəri respublika parlamentinin ilk iclasında çıxış edib. 2011-ci ildə artıq baş nazir kimi Putin Qudermesdə Şimali Qafqazın inkişafı üzrə hökumət komissiyasının iclasına sədrlik edib.