"Vətən naminə Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan profilaktik məqsədlə İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS müxbirinə Qalstanyanın ofisindən məlumat verilib.

"Baqrat qalstanyan İrəvandakı tibb mərkəzindədir. O, profilaktika məqsədilə xəstəxanaya yerləşdirilib", - məlumatda qeyd edilib.

Xatırladaq ki, Bakı və İrəvanın Tavuş vilayətində sərhədin delimitasiyası ilə bağlı razılığa gəlməsi xəbərindən sonra Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə ölkədə etiraz aksiyaları başlamışdı. Ancaq o, məqsədlərinə çatmayıb.