ABŞ-ın Kolorado ştatında psixi problemi olan gəncin şərif müavini tərəfindən öldürülməsi ilə bağlı ailəyə 19 milyon dollar təzminat ödəniləcək.

İqtisadiyyat.az xəbər verir ki, 22 yaşında dünyasını dəyişən Kristian Qlasın ailəsi sözügedən iş üzrə 19 milyon dollar təzminat ödənilməsi üçün əyalət və yerli hakimiyyət orqanları ilə razılıq əldə edildiyini açıqlayıb.

Ailə qeyd edib ki, barışıq çərçivəsində oxşar hadisələrə polis müdaxiləsi təliminin hazırlanması şərti də daxildir.

Ailənin vəkili Siddhartha H. Rathod hadisə yerində olan 7 polis əməkdaşının sadəcə danışmaqla can itkisinin qarşısını ala bildiyini və polisi bu cür ünsiyyətə təşviq etmək istədiklərini bildirib.

Vəkil 19 milyon dollarlıq zərərin Kolorado əyalətində indiyə qədər əldə edilən ən yüksək məbləğ olduğunu deyib.