Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqlarının məbləği açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 2021-2022-ci tədris ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 778 manat təşkil edib.