Bakı şəhərində təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqları açıqlanıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

2020-2021-ci tədris ili üçün BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 702 manat təşkil edir.

Qeyd edək ki, cari dərs ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olur.