“Məktəblərin açılışının ilk həftələrində sosial psixoloji gərginliklə bağlı çətinlik yarana bilər”.

Bunu təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

Nazir bildirib ki, bunun üçün ictimaiyyət səbrli olmalıdır: "Başa düşüləndir ki, uzun müddətli fasilədən sonra yenidən ənənəvi təhsilə qayıdırıq və müəyyən qısa dövrlü çətinlik yaşana bilər. Ümumilikdə isə tədris prosesinin qaydasında olacağına ümid edirəm".