Pakistanın Hayber Paxtunxva əyalətində nəzarət-buraxılış məntəqəsinə edilən intihar hücumunda 2 təhlükəsizlik əməkdaşı, 1 polis, 4 sakin həyatını itirib, 2 polis yaralanıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməsə də, bu, son 24 saat ərzində bölgədə ikinci hücumdur.

Dünən də Hayber Paxtunxva əyalətində silahlıların qaz zavoduna hücumu nəticəsində 4 hərbçi və 2 şəxsi mühafizəçi həlak olub.