Pakistanda polis uşaqlarla dolu məktəb avtobusuna atəş açıb, ölən və yaralananlar var.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistanın Geo telekanalı məlumat yayıb.

Hadisə Xayber-Paxtunxva əyalətinin Svat rayonunda qeydə alınıb. Məktəb avtobusuna açılan atəş nəticəsində azı bir şagird həlak olub, daha beş nəfər yaralanıb.

Polisin axtardığı şübhəli avtobusda olduğu üçün o, atəş açmaq məcburiyyətində qalıb. Şübhəli silahla birlikdə hadisə yerində yaxalanıb. Onun məktəb ərazisində növbətçi olduğu iddia edilir.

Polis hadisənin başvermə şəraitini araşdırır, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.