Pakistanın Baş naziri Şahbaz Şərif İstanbulda baş verən partlayışa görə Türkiyəyə başsağlığı verib.

İqtisadiyyat.az xəbər verir ki, başsağlığında deyilir:

"Pakistan hökuməti və xalqı həyatını itirən qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edir".

Qeyd edək ki, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.