Özbəkistan və Fransa birgə ticarət palatasının açıldığını elan ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fransalı həmkarı Emmanuel Makronla geniş tərkibdə danışıqlarının yekunlarına dair mətbuat xidməti məlumat yayıb.

“Biznes tərəfdaşlığını təşviq etmək üçün Özbəkistan-Fransa Ticarət Palatasının fəaliyyətə başlaması və Daşkənddə “Business France” agentliyinin ofisinin açılması planlaşdırılıb”, - mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, Makron noyabrın 1-də Özbəkistana rəsmi səfərə gəlib.

 

Gözəl Həşimova