Təbii və süni xəz geyimlərinin və məhsullarının idxalçıları yalnız 2013-2015-ci illərdə 15,5 milyon dollar məbləğində malı gömrük rüsum və vergilərindən gizlədiblər. Gömrükdən gizlədilən xəzdən geyim əşyalarının miqdarı 42 dəfə çox olub

Eləcə də bax:16 saatda 24 milyard dollarlıq satış - REKORD
Dövlət büdcəsinə ödənilməyən vəsaitin miqdarı 5,5 milyon dolları keçib. Bunu UN Comtrade təşkilatının (Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət üzrə Statistika Bürosu) məlumatı təsdiqləyir.İxracatçıların məlumatlarına görə, 2013-cü ildə Azərbaycan xaricdə 7,870,3 min dollar, 2014-cü ildə 5605,6 min dollar, 2015-ci ildə isə 2,415 min dollar məbləğində xəz geyim və məhsulları alıb. Əsas istehsalçıar Honq Konq, Fransa, İtaliya və Yunanıstandır. Həmin üç il ərzində Azərbaycan sərhədini rəsmən 378,7 min dollar məbləğində bu nomenklaturada məhsul keçib.Beləliklə, bu illər ərzində gömrükdən gizlədilən xəz geyim və məhsulların həcmi qanuni idxaldan 42 dəfə çox olub.