Azərbaycan bu ilin yanvar-sentyabr ayları ərzində 10,3 milyon dollar dəyərində tütün və tütün məmulatları ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkənin tütün ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 milyon dollar azdır.

Əlavə edək ki, bu dövrdə tütün ixracı Azərbaycanın ümumi ixracının 0,04%-ni təşkil edib.

 

Gözəl Həşimova