Azərbaycan bu ilin yanvar-noyabr aylarında 2 milyard 615 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 63,9 % çoxdur.

Hesabat dövründə nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 16,54 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 1 milyard 595 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

 

Gözəl Həşimova