Cari ilin yanvar-iyun aylarında Azərbaycanın neft-qaz sektoruna 2 809 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 24.8% çoxdur.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 2250.1 mln. manat səviyyəsində olub.