Azərbaycandan bu ilin yanvar-iyun aylarında 350 milyon 428 min ABŞ dolları məbləğində 348,7 min ton meyvə-tərəvəz ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,3 milyon dollar çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 1,95%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 328 milyon 109 min ABŞ dolları dəyərində 306,3 min ton meyvə-tərəvəz ixrac edib.

 

Gözəl Həşimova