Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən bu ilin yanvar-may aylarında 90,9 milyon ton yük və 742,8 milyon sərnişin daşınıb.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 6,8%, sərnişin daşınması isə 19% artıb.

Yüklərin 55,6%-i avtomobil, 32,1%-i boru kəməri, 8,3%-i dəmir yolu, 3,9%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 87,1%-i avtomobil, 12,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.