Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, iyulun 26-sı saat 09:00-dan 30 iyul saat 00:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-26 kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Bununla belə, bu zaman yol bağlanmayacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir işləri aparılan ərazisi qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.