Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) fövqəladə halların idarə olunması üçün müasir avadanlıqla təchiz edilmiş 10 ədəd yanğından mühafizə qatarı ilə yanaşı su nasos stansiyası da 24/7 fəaliyyət göstərir.

ADY-dən İqtisadiyyat.az-a verilən məlumata görə, ADY-nin yanğından mühafizə qatarları həm dəmir yolu infrastrukturunda, həm də dəmir yolu xətlərinin yaxınlığında baş verən yanğınların geniş miqyas almadan operativ söndürülməsini dərhal təmin edir.

“Hər zaman təhlükəsizlik dəyərinə xüsusi önəm verən ADY sərnişin və yüklərin mənzilbaşına çatdırılmasına risk yaradan amilləri qabaqlayıcı tədbirlərlə aradan qaldırmağı hədəfləyir”, - məlumatda qeyd olunur.