Azərbaycan bu ilin yanvar-iyul ayları ərzində 63,7 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə ölkənin tütün idxalı xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,8 milyon dollar çoxalıb.

Əlavə edək ki, bu dövrdə tütün idxalı Azərbaycanın ümumi idxalının 0,67%-ni təşkil edib.

 

Gözəl Həşimova