Azərbaycan bu ilin yanvar-noyabr ayları ərzində 105,7 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin tütün idxalı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 milyon dollar çoxdur.

Əlavə edək ki, bu dövrdə tütün idxalı Azərbaycanın ümumi idxalının 0,67%-ni təşkil edib.

 

Gözəl Həşimova