Azərbaycan bu ilin yanvar-iyun aylarında 17,4 milyon dollar dəyərində 56,3 min ton qarğıdalı idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 3,3 milyon dollar çoxdur.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,21%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 14 milyon dollar dəyərində qarğıdalı idxal edib.

 

Gözəl Həşimova