Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 67,1 milyon dollar dəyərində 12 min ton kərə yağı idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,7 milyon dollar azalıb.

Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,53%-ni təşkil edib.

 

Gözəl Həşimova