Ukrayna təbii qazın alınması və enerji avadanlıqlarının təmiri üçün Norveçdən təxminən 140 milyon dollar məbləğində yardım alacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, vəsait müharibədən zərər çəkmiş ərazilərdə enerji infrastrukturunun təmirinə də istifadə olunacaq.

Əlavə edək ki, ötən ilin noyabrında Norveç qışda qazın alınması üçün Ukraynaya təxminən 195 milyon dollar ayırıb.

 

Gözəl Həşimova