“NORM” Açıq Səhmdar Cəmiyyətinin Baş İcraçı Direktoru Sasse Henning Ernst Wilhelmin əmək müqaviləsi müddətinin uzadılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı gələn ilin yanvarın 15-də Cəmiyyətin yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə Cəmiyyətin nizamnamə kapitalının əlavə səhmlərin buraxılması yolu ilə artırılması, səhm buraxılışının şərtlərinin müəyyən edilməsi, Cəmiyyətin nizamnamə kapitalında səhmdarların malik olduğu səhmlərin miqdarının müəyyən edilməsi, Cəmiyyətin Nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi və digər məsələlər daxil edilib.