Nepalda 5,4 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, zəlzələ Nepal və qonşu Hindistanda evləri silkələyib.

Milli Seysmoloji Mərkəzin məlumatına görə, 5,4 bal gücündə zəlzələnin episentri paytaxt Katmandudan təxminən 440 km (275 mil) qərbdə olub.

Zəlzələnin 10 km dərinlikdə qeydə alındığı bildirilir.