“Neftçi” PFK yarımmüdafiəçi Gilyerme Pato ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat paylaşılıb.
Qeyd edək ki, 2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Pato bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.