Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin aprel ayı ərzində 509,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Fonddan bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları, fevral ayı ərzində 437,3 milyon ABŞ dolları, mart ayı ərzində 397,7 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

2020-ci ilin dekabr ayı ərzində isə 637 milyon 740 min ABŞ dolları məbləğində vəsait satılmışdı.