NATO ölkələri indiyədək Ukraynaya 65 milyard avro yardım edib.
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATOBaş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, sabah başlayacaq NATO-nun xarici işlər nazirləri görüşündə Ukraynaya çoxillik dəstək proqramının hazırlanmasının başlanmasını müzakirə ediləcək.
"NATO-nun məqsədi Ukraynanı müdafiə etməkdir" deyə, o, bildirib.
Qeyd edək ki, hazırda Belçikanın paytaxtı Brüssel şəhərində Ukrayna-NATO komissiyasının iclası keçirilir. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba müzakirələrdə iştirak edir.
Aprelin 4-5-də isə Brüsseldə NATO XİN başçılarının toplantısı olacaq.