NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin planlaşdırılan görüşü iyunun 15-16-da Brüsseldə keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə cümə axşamı NATO-nun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, NATO-nun Belçika paytaxtındakı mənzil-qərargahında keçiriləcək görüşə qurumun Baş katibi Yens Stoltenberq sədrlik edəcək.