İtaliyanın “Napoli”sinin və Gürcüstan millisinin 23 yaşlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Fransa çempionu PSJ-yə keçidi ilə bağlı razılığa gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda "Corriere della Sport" nəşri məlumat yayıb.

Klublar arasında danışıqlar hələ yekunlaşmayıb. "Napoli" Kvaratsxeliyanın transferindən ən azı 100 milyon avro gözləyir.

Son mövsümündə Kvaratsxeliya 45 matçda iştirak edib, 11 qol vurub, 9 məhsuldar ötürmə edib.

Onun "Napoli" ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. Transfermarkt Kvaratsxeliyanın transfer dəyərini 80 milyon avro qiymətləndirir.