Zagato tərəfindən hazırlanmış nadir "Ferrari 348" hərraca çıxarılacaq.
İqtisadiyyat.az "Motor.ru" ya istinadən xəbər verir ki, bu avtomobildən on ədəd hazırlanıb.
Bu ikiqapılı "Ferrari" adi 348-dən daha aqressiv dizaynı, böyük yan ventilyasiyaları, şəffaf mühərrik bölməsinin qapağı və qaldırıcı spoyleri ilə fərqlənir. Onun mühərriki standartdır və 300 at qüvvəsinə malikdir.
Bu avtomobil 350-400 min avro dəyərində qiymətləndirilir.
Gözəl Həşimova