Myanmadakı hərbi rejim Moça qasırğasında həyatını itirənlərin sayının 145 olduğunu açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Myanma ordusunun media orqanlarından biri olan MRTV-nin xəbərinə görə, mayın 14-də Moça qasırğasından ən çox zərər çəkən Arakan əyaləti olub.

Qasırğa nəticəsində 117-si Rohinca müsəlmanı, 4-ü əsgər olmaqla, ümumilikdə 145 nəfər həyatını itirib.

Arakan Rohingya Milli Təşkilatının Arakanda qasırğada əksəriyyəti müsəlman olmaqla ən azı 400 nəfərin həyatını itirdiyi barədə əvvəlki açıqlamasına toxunaraq, ölənlərin sayının 400-ü keçdiyi ilə bağlı qeyri-rəsmi rəqəmlərin həqiqəti əks etdirmədiyi iddia edilib.

Həyatını itirənlərin hamısının Arakanlı olub-olmadığı barədə ətraflı məlumat verilməyib.