Qışda sürücülərin həyat və mallarının təhlükəsizliyini təmin edən qış təkərləri yay aylarında da istifadə edilsə, əyləc məsafəsini uzadır, qəzalara səbəb olur, yanacaq istehlakını və salonda da narahatlığı artırır.

Qışda təhlükəsizliyi təmin edən qış şinləri ictimai nəqliyyat vasitələrində olduğu kimi, xüsusi nəqliyyat vasitələri üçün də son dərəcə vacibdir. Bununla yanaşı, soyuq havalarda qar və buzda təsirli olan qış təkərləri, yayda istifadə edildiyi müddətdə əyləc məsafəsini uzatmaq kimi müxtəlif təhlükələrə səbəb ola bilər. İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, ütəxəssislər sürücülərə mövsümə uyğun təkərdən istifadə etmək barədə xəbərdarlıq edir. Yayda yanacaq sərfiyyatına qənaət etmək üçün qış təkərləri çıxarılmalıdır. Təkərlər nəm torpaqda dayanmayacaq, çünki onlar vakumlu olur. Mütəxəssislər bu haqda təlim aldıqlarını və deyilənlərin təcrübə nəticəsində sübuta yetirildiyini bildiriblər.

Beynəlxalq mütəxəssislər sürücüləri ikinci əl təkər şini alarkən ehtiyatlı olmağa çağırıb. İkinci əl şin çəkiləcəyi təqdirdə, təkərlər düzgün vəziyyətdə saxlanmalı, diş dərinliyi və şinin istehsal tarixi yoxlanmalıdır. Üzərində çatlar olan təkər şinlərini maşına quraşdırdıqda, təhlükəli ola bilər. Təkrar istifadə üçün satılan təkər şinləri təxminən yarı qiymətə olur, ancaq düzgün yerdən almaq lazımdır.