ABŞ-dan Nyu-Yorkdakı Türk evinə hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini gözləyirik.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında yazıb. O bildirib ki, Nyu-Yorkdakı Türk evinə mənfurcasına hücum nəticəsində birinci mərtəbənin pəncərələrinin şüşələri sınıb:

“Biz ABŞ-dan hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini və ev sahibi ölkə kimi diplomatik nümayəndəliklərimizə lazımi müdafiəni təmin etməsini gözləyirik”.