Rusiyanın paytaxtı Moskva şəhərində quş qripinin yayılmasına görə karantin elan edilib.

İqtisadiyyat.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskva şəhər meri Sergey Sobyanin sərəncam imzalayıb.

Şəhərin bir sıra rayonlarında heyvanların iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.