Rusiyanın paytaxtı Moskvada daha 11 nəfər koronavirusdan ölüb.

Bu barədə ölkənin COVID-19-la mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, son sutka ərzində paytaxtda daha 11 pasiyent infeksiyanın qurbanı olub. Bununla da Moskvada koronavirusa yoluxanların sayı 4 993 nəfərə çatıb.