Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 12 nəfər dünyasını dəyişib.

TASS” xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4968-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 269 777 insanda koronavirus aşkar olunub. Ümumilikdə 227 530 çox xəstə isə sağalıb.