Misirin şimalında ağır yol qəzası baş verib.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, qəza zamanı sərnişin avtobusu kanala düşüb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, qəza nəticəsində 19 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daqahlia vilayətində baş verən qəza zamanı avtobusda 35 nəfərin olduğu bildirilir.