Tunis sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 25 nəfər ölüb. İtkin düşən 9 nəfərin axtarışı davam edir.

Məlumata görə, hadisə Sfaks şəhəri yaxınlığında baş verib. 

Bildirilib ki, qayıqda olan 110 immiqrantın 76 nəfərini xilas etmək mümkün olub.