Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

İqtisadiyyat.az xəbər verir ki, 1/8 finalın ilk oyun günündə iki qarşılaşma baş tutub.

Parisdə Fransa çempionu PSJ ilə Almaniya nəhəngi “Bayern” üz-üzə gəlib. Münhen təmsilçisi səfərdən qələbə ilə dönməyə nail olub.

Günün digər oyunu isə İtaliya çempionu “Milan”la İngiltərə təmsilçisi “Tottenhem” arasında keçirilib. Bu oyunda da meydan sahibləri qələbəni bayram ediblər.