“Bakı Metropoliteni” QSC-nin “Şah İsmayıl Xətai” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən 1 saylı yol təmirə bağlanıb.

Bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, təmir işləri təxminən 2 il davam edəcək. Əvəzində uzun müddətdir ki, təmirdə olan 2-ci yol bu gündən açılır.