“Bakı Metropoliteni metro stansiyalarında havalandırma sisteminin yenilənməsi ilə bağlı növbəti yeni ventilyatorlar alınacaq”. 

Bu barədə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə metropolitendə işlər davam etdirilir:

“Bakı metropoliteninin əməkdaşları havalandırma sistemlərinin vəziyyəti ilə bağlı monitorinqlərə başlayıb. 

Hazırda ventilyasiya sistemlərinin vəziyyəti öyrənilir. Bu günə qədər metro stansiyalarının müasir sistemlərlə əvəzlənməsi məqsədilə ümumilikdə 17 ventilyasiya sistemi yenisi ilə əvəz edilib. Monitorinq başa çatdırılandan sonra metro stansiyaları və tunellərdə havalandırma sistemi qiymətləndiriləcək və ehtiyac olduğu təqdirdə digər ventilyasiya sistemləri də yenisi ilə əvəzlənəcək”.