Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı "Nokia" 14 min nəfəri işdən çıxarmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Məlumata görə, Şimali Amerika kimi bazarlarda "5G" avadanlıqlarına tələbin azalması səbəbindən üçüncü rübdə xalis satışlar 6,24 milyard avrodan 4,98 milyard avroya düşüb. Buna görə də şirkət 2026-cı ilə qədər 1,2 milyard avroya qədər qənaət etməyi planlaşdırır və bu, kadr xərclərinin 10-15% azaldılması anlamına gəlir.

Bildirilib ki, şirkət işçilərinin sayını 86 mindən 72 minə endirməyi planlaşdırır.

 

Gözəl Həşimova