"Mercedes-Benz" şirkətinin səhmləri Frankfurt birjasında son dörd ilin ən aşağı səviyyəsinə düşüb.

İqtisadiyyat.az "Bloombergi"ə istinadən xəbər verir ki, bu kəskin qiymət enişi Çin bazarındakı azalan satışlarla bağlıdır.

Dünyanın ən böyük lüks avtomobil istehsalçısı olan "Mercedes-Benz" Çində satış proqnozlarını azaltmağa məcbur olub.

Xüsusilə "S-Class" və "Maybach" modellərinin Çin bazarındakı zəif nəticələri şirkətin əsas avtomobil bölməsinin gözləntilərini aşağı salıb. Şirkət gəlir proqnozunu əvvəlki 11 faizdən 7,5-8,5 faiz səviyyəsinə endirib.

Eyni zamanda, Çinin "BYD" şirkəti "Mercedes-Benz"in bu ölkədəki zavoduna nəzarəti ələ keçirib. Bir çox xarici avtomobil istehsalçıları Çin bazarındakı mövqelərini zəiflədərkən, "BYD" bu zavodun səhmlərini satın alıb.

Bundan əlavə, beş böyük Avropa avtomobil istehsalçısının (BMW, Mercedes-Benz, Stellantis, Renault və VW) əsas zavodlarının təxminən üçdə biri 2023-cü ildə tam yüklənməyib. Satışların pandemiyadan əvvəlki səviyyələrdən üç milyon az olması minlərlə iş yerinin gələcəyini təhlükə altında qoyur.