Qlobal iqtisadi artım bu il 3,2% təşkil edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dərc olunmuş iqtisadi proqnozunda deyilir.

Məlumata görə, 2024 və 2025-ci illərdə qlobal iqtisadi artımının 3,2% səviyyəsində sabitləşəcəyi, inflyasiyanın azalmağa davam edəcəyi, real gəlirlərin artacağı və bir çox ölkədə daha yumşaq pul siyasəti tətbiqi gözlənilir.

Bundan əlavə, ABŞ-də iqtisadi artımın bu il 2,6%, gələn il 1,6%, Avrozonada bu il 0,7%, 2025-ci ildə isə 1,3% olacağı proqnozlaşdırılır.

 

Gözəl Həşimova