Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə işçi komissiyanın reqlamentinin əsas qanuna uyğun olduğuna dair qərar qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qərar Konstitusiya Məhkəməsinin rəsmi saytında dərc olunduğu gündən qüvvəyə minir.